Kanadanın Toronto şəhərindəki “Billy Bishop” hava limanı bomba olması ehtimalı ilə uçuşlara bağlanıb, sərnişinlər təxliyə edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kanada polisindən verilən açıqlamada hava limanının içərisində şübhəli bağlama aşkar edildiyi bildirilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində ətrafdakı 2 binanın boşaldıldığı və bölgəyə gedən yolların bağlandığı açıqlanıb.
Hadisə ilə bağlı iki nəfər nəzarətə götürülüb.