Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər həbs edildi

Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər həbs edildi

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri – Vaqif Nadirov,  Ruslan Əhmədov və Mehman Süleymanov saxlanılıblar. Onların üzərinə  baxış keçirilən zaman güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Share: