Biləsuvarda güclü yağış bəzi əraziləri işıqsız qoyub.
“Report”un məlumatına görə, ötən gündən başlayan aramsız leysan şəhərin elektrik təsərrüfatında fasilələrə səbəb olub.
Belə ki, şəhərin bir hissəsini enerji ilə təmin edən 4 saylı elektrik xəttində kəsilmələr qeydə alınıb.
Bu gün, həmçinin rayonun bəzi kəndlərində də elektrik enerjisi fasilələrlə verilib.