Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev şəhər hərbi administrasiyasına yeni rəhbər təyin edib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Zelenski bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, bu vəzifəni general-polkovnik Sergey Popko icra edəcək.
Zelenski S.Popkonun yüksək döyüş təcrübəsi sayəsində dövlət paytaxtının müdafiəsini və təhlükəsizliyini gücləndirməyə kömək edəcəyini bildirib.
Popko 2016-2019-cu illərdə Ukrayna silahlı qüvvələrinin quru qoşunlarının komandanı olub.
Qeyd edək ki, bu vəzifəni indiyə kimi Nikolay Jirnov icra edirdi.