NATO “çirkli bomba” iddiasını rədd etdi

NATO “çirkli bomba” iddiasını rədd etdi

NATO Rusiyanın Ukraynanın öz ərazisində radioaktiv tərkibli “çirkli bomba” istifadə edə biləcəyi iddiasını rədd edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda NATO-nun Baş katibi Yens Stoltenberq sosial media üzərindən verdiyi açıqlamada qeyd edib.

O, Rusiyanın Ukraynanın “çirkli bomba” istifadə etməyə hazırlaşdığı iddiası ilə bağlı ABŞ dövlət katibi Lloyd Austin və İngiltərə müdafiə naziri Ben Uolles ilə danışdığını bildirib.

 “NATO müttəfiqləri bu iddianı rədd edir”, – deyən Stoltenberq Rusiyanın bu iddianı gərginliyi artırmaq üçün bəhanə kimi istifadə etməməli olduğunu bildirib.


Share: