Bu gün Qubadlı şəhərinin erməni işğalından azad edilməsindən iki il ötür.
“Qafqazinfo” xəbər verir ki, iki il öncə – bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qubadlı şəhərinin işğalçılardan azad olunduğunu elan edib.
“Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir”, – dövlət başçısı tviter hesabında yazıb.
Gəlin, Qubadlının azadlığının ikinci ildönümündə yaxın tarixə birgə nəzər salaq: