Azərbaycanda müdafiə və təhlükəsizlik xərcləri artırılır

Azərbaycanda müdafiə və təhlükəsizlik xərcləri artırılır

Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərclərinin artırılması nəzərdə tutulur.

Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı “2023-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.

Qeyd olunur ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır.

2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard manat vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.

Share: