Bu gün günorta saatlarında Quba şəhərində rayon polis şöbəsinin əməkdaşı M.Səfərəliyevin idarə etdiyi “VAZ” markalı və vətəndaş R.Bəşirovun idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, nəticədə polis əməkdaşı ayaq nahiyəsindən yüngül xəsarət alıb.
Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. RPŞ-də araşdırmalar aparılır.