UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.
“Qafqazinfo” xəbər verir ki, bu günə nəzərdə tutulan 8 oyundan 2-si artıq yekunlaşıb.
E qrupunda İngiltərənin “Çelsi” klubu Avstriyada “Zaltsburq”a 2:1 hesabı ilə qalib gəlib. Bununla da İngiltərə klubu səkkizdəbir finala vəsiqəni təmin edib.
G qrupunda isə “Sevilya” İspaniyada Danimarkanın “Kopenhagen” klubunu məğlub edib – 3:0. Meydan sahibləri bu nəticə ilə pley-off şanslarını saxlayıb.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
25 oktyabr
E qrupu
“Zaltsburq” (Avstriya) – “Çelsi” (İngiltərə) – 1:2
Qollar: Çikvubuyke Adamu, 49 – Mateo Kovaçiç, 23. Kay Haverts, 64
G qrupu
“Sevilya” (İspaniya) – “Kopenhagen” (Danimarka) – 3:0
Qollar: Yussef En-Neseri, 61. İsko, 88. Qonsalo Montiel, 90+2.