“Ermənistan KTMT-ni tərk etmək məsələsini müzakirə etmir”.
“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Onun sözlərinə görə, Ermənistan kursu dəyişmək üçün heç nə etməyib: “Lakin fakt ondan ibarətdir ki, Ermənistan KTMT-ni yox, KTMT Ermənistanı tərk edir. Əgər məsələ belədirsə, başqa mexanizmlərin tapılması üçün təşkilat İrəvana bu barədə məlumat verməlidir”.
O bildirib ki, Ermənistan hazırkı mərhələdə təşkilatdan siyasi reaksiya gözləyir.