ABŞ hakimiyyəti 14 İran rəsmisinə və ölkədə etirazların yatırılmasına cavabdeh olan 3 təşkilata qarşı sanksiya tətbiq edib.
Bu barədə ABŞ Dövlət Departamenti çərşənbə günü bəyanat yayıb.
“Birləşmiş Ştatlar İran xalqını dəstəkləməyə davam edir və İranda davam edən ümummilli etiraz aksiyalarının qəddarlıqla yatırılmasına görə məsuliyyət daşıyanların cəzalandırılmasını təmin etmək istiqamətində addımlar atır. Bu günki Dövlət Departamenti və Maliyyə Nazirliyi tərəfindən 14 şəxsə və üç quruma qarşı tətniq edilən sanksiyalar İran hökumətini məsuliyyətə cəlb etmək üçün bütün müvafiq vasitələrdən istifadə etmək öhdəliyimizi nümayiş etdirir”, – deyə bəyanatda bildirilib.
Mənbə: TASS