Çərşənbə günü soyğunçular Afina yaxınlığındakı Varkiza şəhərində məskunlaşan ukraynalı qaçqın ailəsindən 1 milyon avro dəyərində qızıl-zinət əşyaları və 85 min dollar nağd pul oğurlayıblar.
Məlumata görə, 26 yaşlı qadın polisə zəng edərək quldurların Varkizada yaşadıqları mənzilə daxil olduqlarını bildirib. O, valideynlərinin xaricdə olduğunu deyib.
Xanımın sözlərinə görə, evdən 1 milyon avro dəyərində qızıl-zinət əşyaları və 85 min dollar nağd pul oğurlanıb.
Qeyd olunub ki, sözügedən evdə Rusiyanın Ukraynada hərbi əməliyyat başlatdıqdan sonra Yunanıstanda məskunlaşmaq qərarına gələn ukraynalı ailə yaşayır. Onların ad və soyadları açıqlanmır.
Mənbə: TASS