İsrailin müdafiə naziri Benni Qantz Ankaraya rəsmi səfərə getməsi ilə bağlı məlumatı təsdiqləyib.
O, bu barədə çərşənbə günü özünün “Twitter” səhifəsində yazıb və qeyd edib ki, bu, yəhudi dövlətinin müdafiə idarəsi rəhbərinin son 10 ildə Türkiyəyə ilk səfəridir.
“Hazırda Türkiyəyə rəsmi səfərlə yola düşürəm və bu səfər zamanı həmkarım Hulusi Akarla görüşüm var. İsrail və Türkiyə müdafiə nazirləri 10 ildən sonra ilk dəfə görüşəcəklər. Yaxın Şərqdə təhlükəsizliyi, sabitliyi və sülhü təmin etmək üçün məhsuldar müzakirələr gözləyirəm”, – nazir qeyd edib.
İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti Qantzın bu gün Akarla görüşəcəyini və ertəsi gün ölkəsinə qayıdacağını bildirib.
I am taking off for an important visit to the Republic of Turkiye, where I will be meeting my counterpart Minister of National Defense Hulusi AKAR. I look forward to productive discussions on ways to promote security, stability and peace in the Middle East and East-Med regions.
— בני גנץ – Benny Gantz (@gantzbe) October 26, 2022