Rusiya yeni səfərbər olunanları Xersona yerləşdirir: Küçə döyüşləri olacaq

Rusiya yeni səfərbər olunanları Xersona yerləşdirir: Küçə döyüşləri olacaq

Bu yaxınlarda səfərbər edilmiş Rusiya Federasiyası vətəndaşları müvəqqəti işğal olunmuş Xersona gətirilirlər.

Onlar küçə döyüşlərinə hazırlaşdırılırlar.

Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov məlumat verib.

“Rusiya Xersonu bu yaxınlarda səfərbər edilmiş yeni çağırışçılarla gücləndirir. Onlar yəqin ki, yem kimi istifadə olunur”, – deyə kəşfiyyatçı qeyd edib.

Eyni zamanda o bildirib ki, rusiyalılar artıq şəhərdən və ətraf ərazilərdən tədricən özlərininkilərini çıxarmağa başlayıblar. Onun sözlərinə görə, Moskva vəziyyətin mürəkkəbliyini anlayır və mühasirəyə düşməkdən qorxur.

Bundan əlavə Budanov vurğulayıb ki, Ukrayna Novaya Kaxovka bəndinə artilleriya nəzarətini ələ keçirdiyi zaman Rusiya qoşunlarının çıxarılması sürətləndiriləcək.

“Ona görə də bütün döyüş hissələrimiz həm Xersona, həm də Novaya Kaxovkaya doğru irəliləyirlər”, – deyə Baş Kəşfiyyat İdarəsinin rəhbəri əlavə edib.

Mənbə: UNİAN

Share: