“ABŞ Prezidenti Co Bayden hələ də G20 (Böyük 20-lər) sammitində Rusiya Prezidenti Vladimir Putinlə danışıqları planlaşdırmır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Onun belə bir niyyəti yoxdur. İndi vəziyyət belədir”.
Kirbi deyib ki, Bayden nə İndoneziyada, nə də başqa yerdə Putinlə görüşmək niyyətindədir.
Qeyd edək ki, G20 sammiti noyabrın 15-16-da Balidə keçiriləcək.