“Futbolda ayıq və təvazökar olmaq lazımdır” — “Nant”ın baş məşqçisi

“Futbolda ayıq və təvazökar olmaq lazımdır” — “Nant”ın baş məşqçisi

Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

“Qafqazinfo” xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolda ayıq və təvazökar olmaq lazımdır. Biz hələ qara zolaqdan tam çıxmamışıq. Mənim üçün yaxşı nəticə ardıcıl 5-6 oyunda qələbə qazanmaqdır. Artıq 3 belə matçımız var. Deməli, nəsə başlayır, başımızı sudan çıxarırıq. İnanıram ki, “Qarabağ” üzərində qələbə dönüş nöqtəsi olacaq”.

Onun sözlərinə görə, qapıçı Alban Lyafonun seyvləri komandasına qələbə qazandırıb: “Həmçinin İqnatius Qanaqonun qolu, daha əvvəl rəqib qapıçının oyunçumuza ötürməsini qeyd etməliyik. Bu istiqamətdə irəliləməyə davam etmək lazımdır”.


Share: