window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Oktyabrın 28-də Perm adamyeyəni kimi tanınan Mixail Malışev azad edilib.
İndi onun 56 yaşı var və hələ də enerji ilə doludur. Müstəntiqlərin fikrincə, Malışev yenidən insan ovuna çıxa bilər.
Perm sakini vaxtilə iki qətlə görə həbs olunub. Lakin istintaq onun iki deyil, səkkiz qətl törətdiyi ehtimalını irəli sürüb.
Malışev cəzasını ciddi rejimli koloniyada çəkməklə 23 il müddətinə azadlıqdan məhrum edilib.
O, öz qurbanlarını sadəcə öldürməyib, həm də onların ətini yeyib. Axtarış zamanı onun mənzilindən içi ət dolu iki soyuducu aşkar olunub. Malışev idmanla məşğul olduğunu və zülüla artıq pul xərcləməmək üçün küçə itlərini yediyini bildirib.
Həbsindən öncə Mişa İnna adlı gənc xanımla yaşayıb. O, qadının burnunun ucunu dişləyərək qoparıb və qorxudaraq onu öz köləsinə çevirib. İnna bir neçə il ərzində dəhşət içində manyakın sevgilisi olmağa məcbur qalıb.
Həbsxanada olarkən də kamera yoldaşları Mixail Yuryeviçdən qorxublar. O, mətbəxdə çalışıb, hər zaman yeri rahat və qarnı tox olub.
İndi 56 yaşlı qatil Permdəki evinə qayıdıb. O, bu illər ərzində oğlunun yolunu gözləyən və məktublarını oxuyan yaşlı anası ilə birlikdə yaşayır.
Mənbə: kp.ru