BMT-nin keçmiş əməkdaşı, 39 yaşlı Kərim Elkorani 13 qadına narkotik maddə verərək təcavüz etməkdə təqsirli bilinib.
Hadisələr 17 il ərzində İraq, Misir və ABŞ-da baş verib.
Məlumdur ki, həmin şəxs İraqda beynəlxalq inkişaf sahəsində, üç il BMT-nin Uşaq Fondunda və iki il BMT-nin kommunikasiya üzrə mütəxəssisi kimi çalışıb.
Elkorani qurbanlarının etibarını qazanıb, onlara xəbərləri olmadan narkotik maddə verib, sonra isə zorlayıb.
BMT əməkdaşının çirkin əməllərinə məruz qalan 13 qadın, o cümlədən 2016-cı ildə İraqda işləyən jurnalist müəyyən edilib.
Nəticədə məhkəmə təcavüzkarı 15 il müddətinə azadlıqdan məhrum edib.
Mənbə: gazeta.ru