Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının əl yüklərinə “Smiths detektion Heimann X-ray” yük yoxlama cihazı ilə baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, baxış zamanı xanım vətəndaşın çantalarındakı paltarların içərisində əvvəlcədən gömrük nəzarətinə bəyan edilməyən, ümumi çəkisi 58,2 qram olan 1 ədəd qızıl üzük, 4 ədəd qızıl bilərzik, 4 cüt qızıl sırğa və 10 ədəd qızıl boyunbağı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Müstəqil.Az