Bakıda gənc qadın intihara cəhd göstərib.
Müstəqil.Az report.az-a istinadən bildirir ki, hadisə Nəsimi rayonunda baş verib.
1989-cu il təvəllüdü T.A (ad və soyad şərtidir) 4 ədəd iynəni udaraq intihara cəhd edib. Lakin evdə olan ailə üzvləri T.A-nı dərhal xəstəxanaya çatdırıb. İynələr cərrahi əməliyyat yolu ilə onun bədənindən çıxarılıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
Xəsarət alan şəxsin yaxınları bildirib ki, T.A-nın intihara cəhd göstərməsinə səbəb onun həyat yoldaşının başqa qadınla görüşməsi olub.