Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Təhsil Gələcəkdir” layihəsi 01 sentyabr 2022-ci il tarixindən başlayaraq keçirilir.
Layihənin məqsədi insanların əsas hüquqlarından birinin təhsil almaq olduğunun yeniyetmələrə aşılanması, xüsusilə də gənç, yeniyetmə oğlan və qızların cəmiyyətin inkişafında mühüm faktorlardan olan təhsildən yayınmaması, qızların təhsillərini davam etdirərək inkişafla ayaqlaşmasına, maddi və mənəvi müxtəlifliyin içində doğrunu seçməklərinə, mütərəqqi düşünə bilmək və buna stimul vermək, yeniyetmə oğlan və qızların harmonik inkişafına kömək edilməsini aşılamaq, geriqalma probleminin aradan qaldırılması olmuşdur.
Keçirilən tədbirlər nəticəsində yeniyetmələr erkən nikahın zərərləri, təhsilin bugünkü və gələcək əhəmiyyəti barədə məlumatlandılar, məktəblilər arasında erkən nikah və onun fəsadları, yeniyetmələrə təhsilin başlıca məqsədlərindən olan “öyrənməyi öyrətmək” prinsipi aşılandı, yeniyetmə qızların potensial imkanlarının üzə çıxmasına, yeniyetmələr arasında aparılan maarifləndirmə işləri vasitəsilə problem ailələrə nüfuz edilməsinə valideynlərin bu problemə diqqəti artmasına səbəb oldu. Layihənin icrası uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması, dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq, təhsilli bir cəmiyyətə sahib olmaq üçün ən vacib amil yeniyetmə oğlan və qızların təhsilə cəlb olunmasından ibarət olduğunu isbatladı. Qızların təhsil almasına mane olan sosial, mədəni-məişət xarakterli maneələr, cəmiyyətdə hələ də qalmaqda olan köhnəlmiş, patriarxal təsəvvür və stereotiplər aradan qaldırılmalı olduğunu, eyni zamanda qızların təhsildən uzaqlaşmasına səbəb olan erkən nikahlar, sosial-iqtisadi səbəblər və digər bu kimi meyillərin qarşısının alınması məqsədilə, maarifləndirmə işi aparıldı. Bu istiqamətdə maarifləndirici layihələrin icrasına hər zaman ehtiyac olduğu qeyd edildi.