Həddindən çox allergik reaksiyalar və anafilaktik şok verdiyinə görə “Bioporoks” və “Sonofaks” kimi dərman vasitələrinin satışı qadağan edilib.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət sektorunun müdiri Elmin Quliyev bildirib ki, ötən ilin yekunlarına görə 150-yə yaxın dərman vasitəsinin əlavə təsiri haqqında bildiriş əldə edilib. Bu ilin yanvarında isə 150-dən artıq dərman vasitəsi haqqında məlumat verilib.
Şöbə müdirinin dediyinə görə, Azərbaycana daha çox Avropa ölkələrindən dərman vasitələri idxal edilir. Sonrakı yerləri Rusiya, MDB ölkələri, Türkiyədən gətirilən dərmanlar tutur. E.Quliyevin sözlərinə görə, Banqladeş və Hindistandan da dərmanlar gətirilsə də, onların sayı o qədər də çox deyil.
Müstəqil.Az