Oğuz rayonunun Bayan kəndində “Ford” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb, sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri – Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sürücü müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.