İspaniyanın Milli Məhkəmə Kollegiyası baskların ETA terror qruplaşmasının liderlərindən biri Soledad İparraqirre Qeneçeanı 425 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə bazar ertəsi ədliyyə orqanının yaydığı press-relizdə deyilir.
Məlumata görə, qadın, xüsusən də 20 adam öldürməyə cəhdə görə bu həbs cəzasını alıb. ETA-nın keçmiş lideri 1985-ci ilin mayında futbol matçı ərəfəsində Vitoriyada maşınlardan birinə bomba qoyularaq hücum təşkil etmək cəhdində iştirak edib. Partlayıcı hüquq-mühafizə orqanlarının əməkdaşlarının səyi nəticəsində işə düşməyib.
Müttəhimin 1985-ci ildə baqajında partlayıcı qurğu quraşdırılmış avtomobili idarə etdiyi sübuta yetirilib. Avtomobil polis furqonlarının olduğu yerdə saxlanılıb.
Qeyd edək ki, ETA 1959-cu ildə yaradılıb və 2018-ci ilin may ayının əvvəlində qrup fəaliyyətini tamamilə dayandırdığını elan edib.
Mənbə: TASS