“Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır” — Kadi

“Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır” — Kadi

“Qarabağ”ın futbolçusu Kadi Borges Avropa Liqası qrup mərhələsinin 6-cı turunun “Frayburq”la matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” onun müsahibəsini təqdim edir:

– Oyun haqqında fikirlərin necədir?

– Komandanın oyunu ilə qürur duyuram. Son matça kimi qrupdan çıxmaq şansımızı saxlayırdıq. Sona qədər mübarizə apardıq. Belə oyunların taleyini detallar həll edir. Çoxlu qol vəziyyətləri yaratdıq. Təəssüf ki, bunlardan istifadə edə bilmədik. Rəqib isə istifadə etdi. 

– Son iki oyunda qol epizodlarında bəxtsizlik yaşadın. Bunu nə ilə izah edirsən?

– Bilmirəm ki, bu suala necə cavab verim. Bəlkə də texniki səhvlərə görə qol vurmaq alınmadı, bəlkə də bəxtsizlikdir. Tam izah edə bilmirəm. Bəzən olur ki, oyunda yanlış qərar verirsən, qolla nəticələnir. Bəzən də hər şeyi doğru edirsən, qol vura bilmirsən. Çıxış yolu daha çox işləməkdir. 

– “Qarabağ” Çempionlar Liqasında qrupa düşsəydi, “Barselona” rəqib ola bilərdi, Avropa Liqasında da pley-offa yüksəlsəydi, yenə “Barselona” gələ bilərdi…

– Bütün bunlar ehtimallardır. Reallıq isə Konfrans Liqasıdır. Gözləyək bəxtimizə hansı komanda düşəcək. Növbəti mərhələyə keçmək üçün hazırlaşacağıq.


Share: