Göygöldə dərmandan zəhərlənən qız xəstəxanada öldü

Göygöldə dərmandan zəhərlənən qız xəstəxanada öldü

Göygöldə dərmandan zəhərlənən gənc qız xəstəxanada ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qızılca kəndində baş verib.

21 yaşlı kənd sakini İ.Əliyeva zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi yardımlarına baxmayaraq, gənc qız xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata görə, qadın dərmanı bilərəkdən içərək özünü zəhərləyib. Onun meyti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə aparılıb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.


Share: