Quba və Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağıb

Quba və Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağıb

Ötən gün axşam saatlarından etibarən şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba və Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağıb.

Ən çox yağıntı Qubanın Qrız kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 11 sm-ə çatıb, temperatur isə mənfi 6 dərəcəyədək enib.

Share: