Nərimanov rayonunda 8 noyabr – Zəfər Günü təntənəli şəkildə qeyd edilib.
“Qafqazinfo” xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində rayon rəhbərliyi, millət vəkilləri, ziyalılar və şəhid ailələrinin üzvləri iştirak edib.
Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev bildirib ki, Prezident cənab İlham Əliyevin dahi rəhbərliyi, böyük cəsarəti və əzmkarlığı nəticəsində, həmçinin Azərbaycan oğullarının qəhramanlığı sayəsində biz bu gün Zəfər bayramını qeyd edirik. Vətən Müharibəsində qazanılan Şanlı Qələbə təkcə Azərbaycan tarixinin deyil, həm də dünya hərb və diplomatiya tarixinin ən unikal hadisələrindən biridir.
Populyar və sevilən incəsənət nümayəndələrinin iştirakı ilə baş tutan konsert tədbir iştirakçıları tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.