Avropa Komissiyası Ukraynaya 18 milyard avroluq yardım edəcək

Avropa Komissiyası Ukraynaya 18 milyard avroluq yardım edəcək

Avropa Komissiyası (AK) 2023-cü il üçün Ukraynaya yardım planını təqdim edəcək. Plan 18 milyard avro məbləğində hesablanıb.

Bunu təşkilatın rəhbəri Ursula fon der Lyayen bildirib.

Noyabrın əvvəlində Aİ diplomatiyasının rəhbəri Jozep Borrell bəyan edib ki, Avropa İttifaqı (Aİ) 2022-ci ildə Kiyevə maliyyə, iqtisadi və hərbi dəstək üçün 22 milyard avro ayırıb.

Eyni zamanda siyasətçi vurğulayıb ki, Ukraynaya yardımın daha da artırılması lazımdır.

Mənbə: lenta.ru

Share: