Türkiyənin Ankara şəhərinin Altındağ səmtində evdə 5 Əfqanıstan vətəndaşının meyiti aşkarlanıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, onların bıçaqlanaraq öldürüldüyü müəyyən edilib.
Ankara Valiliyi hadisə ilə bağlı açıqlama verib:
“Altındağ məhəlləsindəki bir yaşayış binasında baş verən və 5 xarici vətəndaşın ölümü ilə nəticələnən kədərli hadisə Respublika Prokurorlarımızın nəzarəti altında bütün ölçüləri ilə araşdırılır”.