Gəncədə əri qadını bıçaqlayıb.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisəni törədən şəxs sonra özünü bıçaqlayaraq intihar edib.
Gəncə şəhər ərazisində 1982-ci il təvəllüdlü H.Quliyeva gözlərindən bıçaq xəsarəti alıb və ağır halda xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən əri isə sonradan özünü bıçaqlayaraq intihar edib.
Hadisə Gəncə şəhər Uzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.