“Bu gün tarixi gündür. Biz Xersona qayıdırıq”.
“Qafqazinfo” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bunu sosial media hesabında paylaşıb.
Dövlət başçısı bildirib ki, Ukrayna ordusunun xüsusi təyinatlıları artıq şəhərdədir:
“Son məlumata görə ordumuz şəhərin bir addımlığındadır. Bir azdan şəhərə girəcəyik. Xüsusi təyinatlılarımız artıq şəhərdədir. Xersonlular bunu gözləyirdi, onlar heç vaxt Ukraynadan üz döndərməyiblər. Ukraynaya olan ümidlər hər zaman doğrulur, Ukrayna özünə aid olanı qaytarır”.