Kulis.az Samirə Əşrəfin tərcüməsində Maiya Eva Duarte haqqında yazını təqdim edir.
Qanunsuz nikahın sonuncu övladı.
Mariya Eva Duarte 1919-cu il may ayının 19-da Buenos Aryesdən xeyli aralıda yerləşən Los Toldoles kəndində kasıb kəndli ailəsində doğulub. Evanın atası Xuan Duarte ilə anası İbarquren Xuana kənd fermalarının birində işləyiblər. Onlar heç vaxt qanuni nikahda olmayıblar. Çünki Xuanın başqa qadınla nikahı və həmin qadından üç qız övladı olub. Buna baxmayaraq, onun Evanın anası ilə olan münasibətindən dörd qızı və bir oğlu dünayaya gəlib. Xuan ilin yarısını Xuanayla, yarısını isə qanuni arvadı ilə birgə keçirirmiş. Lakin bir müddət sonra iki ailə arasında qalan Xuan bundan yorulur. Və ailənin beşinci övladı olan qızı Evanın öz qızı olmasına heç vaxt etiraf etmir.
Evanın on iki yaşı olanda qaynar zeytun yağı onun üzünə dağılıb əllərini və üzünün bir hissəsini yandırmışdı. Həkim Evanın əlində və üzündə ağır çapıqlar qalacağını bildirmişdi. Lakin sarğılar açıldıqda hər kəs təəccüblənir. Onun üzündəki yanıqların yerini zərif ağ dəri tutmuş olur. Sonralar Mariyanın sahib olduğu zərif və bənzərsiz ağ dərisi onun ən böyük bəzəyi olacaqdı.
1926-cı ildə Xuan Duarte avtomobil qəzasına düşüb həyatını itirir. Ailə dolanmaq üçün Los-Toldos kəndinin yaxınlığında yerləşən Xunin şəhərinə köçməyə məcbur olur. Beş uşaqla dul qalan Xuana tezliklə şəhərdəki imkanlı ailələrlə yaxınlıq qurmağa başlayır. O, üç qızını imkanlı oğlanlara ərə verir. Oğlunu isə paytaxtdakı ən yaxşı hərbi kazarmaların birində əsgərliyə göndərməyə nail olur. Eva isə ərə getməmək fikirində israrlı olur. Çünki, onun arzusu məşhur aktrisa olmaq idi.
On beş yaşı tamam olan kimi o, anasını dilə tutub Buenos Ayresə getməyə müvəffəq olur. Bəzi mənbələrdə isə Evanın anasını icazəsi olmadan evdən qaçdığı da yazılır. O, böyük şəhərdə rəqqas Armani ilə tanış olur. Daha sonra isə həmin dörvlərin məşhur müğənnisi Maqaldi ilə rastlaşır. Eva Maqaldini heç vaxt sevməsə də, bunun tam əksi olaraq Maqaldi ona dəlicəsinə aşiq olur.
Evanı yaxından tanıyanlar onun hədsiz dərəcədə soyuqqanlı, lakin, çox güclü xarakterə malik bir qadın olduğunu vurğulayırlar.
Beş dəqiqə xalqla birlikdə…
Onun gənclik illərinə aid məlumat olduqca azdı. Çünki, keçmişi haqqında məlumatları yox etmək üçün Eva uzun müddət var qüvvəsi ilə çalışıb. Və demək olar ki, buna nail olub. Evanın Buenos Ayresə gəlişi barədə isə bir neçə məlumat var.
Ona heç bir yerdə iş verilməyib. Böyük şəhərdə o, uzun müddət ulduz olacağına ümid edərək boş yerə vaxt itirib. Xeyli vaxt teatrda, radioda işləyib. Daha sonra ofisiant və manikenlik edib. Hətta çılpaq pozalarda açıqçalar üçün şəkillər də çəkdirib. Aktrisalıqda isə onun bəxti ümumiyyətlə gətirməyib. Çünki, aktrisalıq üçün lazım olan istedad onda olmayıb. Lakin, yüksəlmək uğrunda düşüncələrindən və amalından əl çəkməyən Eva bir gün bu arzusuna nail olacağına əmin olub.
Onun nəzəri cəlb edəcək heç bir gözəlliyi olmasa da, özünə məxsus qadın cazibədarlığı olub. Bu cazibədarlığın isə öz pərəstişkarları var idi. Və həmin pərəstişkarların köməkliyi ilə Eva “Komediya” adlı teatrda üç sözdən ibarət rol ifa edir. Bir müddət sonra isə o, qardaşının köməkliyi ilə reklam roliklərinə çəkilməyə başlayır.
Həmin reklamlardan sonra Eva filmdə çəkilmək üçün təklif alır. 1943-cü il Eva üçün çox ağır il, həmçinin həyatının dönüş nöqtəsi olur. O, işlədiyi şirkətin rəhbəri ilə olan münasibətdən sonra hamilə qalır. Qeyri-qanuni münasibətdən dünyaya uşaq gətirmək üstəməyən Eva həkimə gedib uşağı abort elətdirir. Lakin, əməliyyat çox təhlükəli olur. Eva ölümün bir addımlığından geri dönür. Xəstəxanadan çıxanda ,o, işsiz, xəstə və acınacaqlı vəziyyətdə olur.
Özünə gələndən bir müddət sonra Eva ölkənin ən nüfuzlu rəsmilərindən biri olan polkovnik Anibal Fransisko İmbert ilə tanış olur. Anibal Fransisko rabitə idarəsinin müdiri idi. O, Evaya böyük məhəbbətlə bağlanır. Məhz onun göstərişi ilə Eva radio üçün səhnələşdirlimiş “Qəhrəman və tarix” tamaşa verlişində aparıcı rolu ifa edir.
Tamaşaçılar uzun müddət onun kənd ləhcəsi ilə olan danışıq tərzinə, kobud səs diapazonuna alışa bilmirlər. Lakin zaman keçdikcə Eva bu sahədə püxtələşməyə başlayır. Tezliklə o, Argentina radiosunun bir nömrəli ulduzuna çevrilir. Belqran Radiosunun rəhbəri Xaim Yankeleviç onu öz radiosundakı ən mühüm verlişlərdən biri olan “beş dəqiqə xalqla birlikdə” verlişində aparıcı olmaq üçün dəvət edir.
Bu veriliş birbaşa xalqa, kasıb və köməksiz insanlara ünvanlanırdı. Proqram varlı insanlara qarşı nifrət, kasıblara sevgi tərənnüm edirdi. Kasıblığın, alçalmağın və maddi çətinliyin nə olduğunu çox yaxşı bilən Eva verilişin yayımlandığı ilk günlərdə xalqın, sadə insanların diqqətini öz üzərinə toplaya bilir. Beləliklə o, xalq arasında yoxsulların dostluğunu ilk olaraq belə qazanır.
“Mövcud olduğunuz üçün sağ olun”
Nəhayət günlərin birində Eva başa düşdü ki, o, beş dəqiqə xalqla birlikdə verlişindən də çox böyük işlər görməyə qadirdi. Bunun üçün də tezliklə
Argentinanın ən məşhur insanının qəlbini fəht etməyə cəhd etdi…
Həmin ərəfədə Xuan Peronun qırx yeddi yaşı yenicə tamam olmuşdu. Onun arvadı Aureliya Tizon beş il əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişmişdi. Xuan Peron özü üçün mükəmməl bir karyera yaratmışdı.
Eva ilə onun tanışlığı 1944-cü ilin yanvar ayının 22-nə təsadüf edirdi. Həmin görüşdə Eva Perona yaxınlaşıb dedi: “Əziz polkovnik, mövcud olduğunuz üçün çox sağ olun. ”Elə həmin gün onların arasında böyük sevgi başlandı.
Onların münasibətlərində ciddi heç nə yox idi. Adi sevgi əhvalatlarından biri kimi idi. İlk olaraq Peron Evanın kino kariyerasında yüksəlməsi üçün nə lazım idisə etdi. Daha sonra radiodakı verlişinin müddətini beş dəqiqədən on beş dəqiqəyə qədər artırdı. Verilən qonarar isə əvvəlkinə nisbətən daha çox idi.
Eva hiss edirdi ki, o Perona qarşı təşəkkür və hörmətlə yanaşı həm də dərin sevgi hiss edir. Çünki Peron müdrik, güclü, yaxınlarını hər zaman qorumağa malik əzəmətə sahib idi. Məhz bunun üçün də o, hər zaman Peronun yanında olmaq arzusunda idi. O, yaxşı bilirdi ki, Peronun ətrafında siyasətçilər, hərbiçilər, ciddi insanlar yer alır. Belə bir mühitdə isə ona kimsəsiz, imkanlı kişilərin sayəsində məşhurlaşmış gözəlçə kimi yanaşacaqdılar. Bunun üçün də nəyin bahasına olur olsun Eva dəyişməyi qərara aldı.
Polkovnikə olan sevgisi onu tezliklə arzuladığı dəyişikliyə doğru apardı. O, İlk olaraq xarici görünüşünə əl gəzdirdi. Saçlarını sarı rəngə boyayıb heç vaxt sevmədiyi qara rəngdən qurtuldu. Daha sonra özünə ciddi libaslar tikdirdi. Tezliklə Peronun işlərini, ətrafındakı adamların kimliyini öyrənməyə müvəffəq oldu. Onun üçün dostları ilə oturub əylənə biləcəyi salon hazırladı. O, özünü əsl ev sahibəsi kimi aparırdı. Özünün on beş dəqiqəlik verilişində daima Peronun siyasətini dəstəkləyir, durmadan onun üçün tərəfdaşlar toplayaraq deyirdi: Mənim daimi idealım Peron və xalqımdır. Mən öz bayrağımı Peron və onun siyasəti üçün qaldırıram”. Bu sözləri onunla birlikdə minlərlə argentinalı təkrar edirdi. Xalq öz Evasına inanırdı.
Azadlığa çıxan kimi səninlə evlənəcəyəm…
Cütlüyün arasındakı ən həssas məqam 1945-ci ildə baş verdi. Həmin ərəfədə növbəti siyasi və hərbi çəkişmələrdə Peron öz vəzifəsindən uzaqlaşdırılaraq həbs edildi. Çox ağır günlər keçirən Eva bir an belə olsun Peronu unutmadı. Onun azadlığa çıxması üçün əlindən gələni etdi. Tezliklə o, həbsdə olan sevgilisindən belə bir məktub aldı: “Mən indi əsl sevginin nə olduğunu anladım. Azadlığa çıxan kimi səninlə evlənəcəyəm”.
1945-ci ilin oktyabr ayında Eva Həmkarlar İttifaqının köməyi ilə Peronun azadlığa çıxması üçün xeyli tərəfkeşin qatıldığı aclıq aksiyası hazırladı.
Beləliklə oktyabr ayının 17-də Xuan Peron azadlığa buraxıldı. Elə həmin gecə Xuan Peron prezidentliyə namizədliyini irəli sürəcəyini açıqladı. 21 oktyabr 1945-ci ildə isə onlar evləndilər.
Hazırlanan mitinqlərdə Peron xalqa kömək edəcəyindən sosial bərabərliyi bərqərar edəcəyindən danışırdısa, hər zaman onun yanında olan Eva isə xalqa olan sevgisindən danışıb onları qoruyacağına söz verirdi.
Eva xalqın sevimlisi idi. Latın Amerikasında hələ heç bir liderin qadını bu qədər hörmətə və sevgiyə layiq olmamışdı. Eva artıq Xuanın kölgəsinə çevrilmişdi. 1946-cı ildə prezident seçilən Xuana milyonlarla insan səs verdi, lakin onlar həmin səsi təkcə ona yox, həm də Evaya verirdilər.Daima ərinin ardınca gəzən kölgə olsa da, bu Evanın öz şəxsi imicini yaratmağa mane olmadı. Prezident olduqdan sonra Xuan xarici səfərlərdən, iş görüşlərindən baş aça bilmirdi. Onun xalqla olan yeganə əlaqəsi isə Eva idi.
O, 1946-cı ildə kasıb insanlara kömək üçün yardım fondu yaratdı. İnsanlar ondan uşaq oyuncaqları, paltartikən maşın, gəlinlik paltarı, mebel, ev istəyirdilər. Eva bu istəklərin hamısını yerinə yetirirdi. O, xeyli sayda məktəb, uşaq bağçası, xəstəxana, istirahət ocaqları, kitabxanalar açdırmışdı. O, min səkkiz yüz dəfə xaç anası, altı min dəfə isə xaç anası olmuşdu. Artıq hər bir argentinalı vətəndaşın evindəki mehrabın önündə Evanın portreti asılmışdı.
Lakin, yazılanlar görə Eva həm də həmin fonddan əldə etdiyi yüz milyon dollar əlavə gəliri İsveç banklarında gizlətməyə nail olur. Eva Peron haqqında kitab yazan Jon Barbs qeyd edirdi ki, Evanın ölümündən sonra onun 14 milyon dollar pulu və xeyli zinət əşyaları tapıldı. Bunlar onun sadəcə olaraq unutduğu kiçik bir qisim idi.
Eva həmişə özünə baxan qadın olub. Onun geyimləri “Şanel”, “Kristian Dior”, “Salvatore Ferraqome” kimi ən bahalı moda evlərində hazırlanırdı. O, daima klassik geyim üslubuna üstünlük verirdi. Onun yaratdığı geyim tərzi hələ uzun illər argentinalı qadınlar tərəfindən təqlid olunacaqdı.
Argentina mənim üçün ağlama…
Yaxın ətrafı və əri bir müddət sonra onun çox arıqladığını və rənginin ağardığının şahidi olurdular. Lakin, bir çox insan bunu hədsiz yorğunluğa bağlayırdılar. Bir müddət sonra isə onun vəziyyəti birdən-birə pisləşdi. Xəstəxanada ona əvvəla kəskin anemiya diaqnozu qoyulsa da analizlərin nəticələri gözlənilməz oldu. Evada xərçəng aşkar olunmuşdu. İllər əvvəl baş vermiş uğursuz abortun izləri özünü pis nəticə ilə büruzə vermişdi.
Sonuncu dəfə o, xalq qarşısına 1952-ci il 4 iyunda çıxdı. Həmin vaxt Peronun ikinci andiçmə mərasimi idi. Evanın cəmi otuz üçü yaşı vardı. O, xəstəlikdən üzülmüşdü. Yıxılmamaq üçün belinə korset geyinmiş köməkçilərinin dəstəyi ilə tribunaya qalxa bilmişdi.
O, öz nitqinin son sözlərini də Perona ünvanlamışdı: “Mən Perona təşəkkür etməkdən heç vaxt yorulmadım. Mənim həyatım mənə yox, Perona və xalqıma aiddir. Onlar həmişə mənim idealım olublar. Argentina mənim üçün ağlama. Mən getsəm də mənim üçün ən dəyərli olan hər şeyi Perona həvalə edib gedirəm”.
26 iyul 1952-ci ildə Eva gözlərini həmişəlik yumdu. Onun ölümü ilə bütün Argentina yasa qərq oldu. Bundan sonra Peron hakimiyyətinin uzunömürlü olmayacağını anladı. Bunun üçün də o, Evanın obrazını xalqın yaddaşında yaşatmağın yolunu axtarıb tapdı. Həkim Pero Ara Evanın cəsədinə müxtəlif balzamlar vurdu. Nəticədə ortalığa sənət əsəri çıxdı. Onun dümdüz uzadılmış bədəni heç bir tənəzzülə uğramadan on üç gün onunla vidalaşmaq istəyənlərin ixtiyarına verildi.
Onun mumiyalanmış bədəni bir neçə il şüşə altında saxlanıldı. Hakimiyyət dəyişikliyi olanda isə Evanın nəşini həkim Ara özü ilə birlikdə getdiyi ölkəyə aparmalı oldu. Deyilənlərə görə, Pero Ara ölümündən sonra mumiyalanmış Evaya dəlicəsinə vurulur. Üstəlik onun ölümündən sonra ona bənzər iki mumiya da yaradırlar. Həmin mumiyalar müəmmalı şəkildə fərqli qəbiristanlıqlarda dəfn olunublar. Mumiyalardan birini dəfn edən adam avtomobil qəzasına düşüb əlil olur. Digəri isə intihar edir.
“Stalinin cəsusu”nun ölümündən sonra rahatlıq ruhu…
Evanın həqiqi mumiyasını isə ölkədən çıxarıb gizlədən yüksək rütbəli bir hərbçi də mərhumun mumiyasına vurulur. Bir müddət sonra isə o, özü hamilə arvadını odlu silahla yaralayır. Nəhayət həqiqi mumiya Milandakı qəbiristanlıqların birində Mari Macistris adı ilə dəfn olunur.
1973-cü ildə Xuan Peron yenidən Argentinaya geri dönüb prezident seçilir. 1 iyul 1974-cü ildə isə o, ürək tutmasından həyatını itirir. Onun yerinə isə üçüncü dəfə evləndiyi İzabelita Peron keçir.
Daima Evanı təqlid edən İzabelitanın ilk işi isə Evanın cənazəsini Madridə gətirdib Peronun yanında dəfn etmək olur. Lakin, həmin dəfndə iştirak edən insanlar müxtəlif ölümcül hadisələrlə üzləşirlər. Mövhumatçı insanlar bunu Evanın ruhunu narahat etdikləri üçün baş verdiyinə yozurlar. İzabelitanın öz xeyiri naminə təşkil etdiyi bu dəfn etmə məsələsi ona heç bir kömək etmir. 1976-cı ildə o, həbs olunur.
Evanın ölümündən sonra xeyli şayiələr də ətrafı bürüyür. Onun rus casusu olmaqda ittiham edirlər. Deyilənlərə görə, o, məhz Stalin tərəfindən yetişdirilmiş güclü qadın casuslardan biri olub.
Doğum günündə o, İosif Stalindən göndərilmiş hədiyyə qəbul edir. Həmin hədiyyənin nədən ibarət olduğu isə bu günə qədər Evadan başqa heç kimə bilmir.
Tərcümə: Samirə Əşrəf