Son zamanlar kürsüdən enərkən boşluğa salam vermək, yolunu itirmək kimi nümunələrlə gündəmə gələn ABŞ Prezidenti Co Bayden bu dəfə də Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammitindəki çıxışında ev sahibi ölkə Kamboca ilə Kolumbiyanı səhv salıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Bayden Kambocanın paytaxtı Pnompendə keçirilən ASEAN sammitində iştirakçı ölkələrə müraciət edib.
Çıxışında ev sahibi Kambocaya təşəkkür etmək istəyən Bayden səhvən bu ölkəni “Kolumbiya” adlandırıb:
“İndi biz Kambocada yenidən birləşdiyimiz üçün mən artıq əldə etdiyimizdən daha güclü irəliləyiş əldə etməyi səbirsizliklə gözləyirəm. Kolumbiyanın ASEAN-ın rəhbərliyinə və Baş nazirə hamımızı qəbul etdiyinə görə təşəkkür edirəm. Mən həmçinin təsdiq etmək istəyirəm ki, İndoneziyanın bu il gördüyü bütün işlərdə iştirak edəcəyik”.