“Böyük iyirmilik” ölkələrinin liderləri İndoneziyada keçiriləcək sammitdə ənənəvi birgə fotosessiyaya qatılmayacaqlar.
Mənbə yazır ki, buna səbəb Rusiya nümayəndəsinin sammitə qatılmaması ilə əlaqədardır.
Belə ki, Rusiya Prezidenti Vladim Putinin iştirak etməyəcəyi sammitdə bu ölkəni Xarici İşlər Naziri Sergey Lavrov təmsil edəcək.
İddia olunur ki, “Böyük iyirmilik” ölkələrinin liderləri Sergey Lavrovla şəkil çəkdirmək niyyətində olmadıqlarını açıqlayıblar.
Xatırladaq ki, “Böyük iyirmilik” ölkələrinin 17-ci sammiti bu il noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək.
Mənbə: The Guardian