Moskvada COVID-19-a yoluxma halları bir həftə ərzində 30 faiz artıb.
Şəhərdə xəstələrin sayı sentyabrın ortalarından bəri ilk dəfə olaraq artım nümayiş etdirib.
Belə ki, noyabrın 7-dən noyabrın 13-dək paytaxt rayonunda 6063, oktyabrın 31-dən noyabrın 6-dək isə 4655 nəfərdə yoluxma faktı aşkar edilib.
Xəstəlikdən ölüm halları da artıb. Ötən həftə 81 ölümləə müqayisədə son yeddi gündə COVID-19-dan 84 xəstə vəfat edib.
Bununla yanaşı, sağalanların sayı da azalıb. Moskvada son bir həftədə 4691 nəfər, əvvəlki analoji dövrdə isə 5349 nəfər sağalıb.
Mənbə: moslenta.ru