Noyabrın 13-də Ukrayna Dəmir Yolları Xerson, Mariupol, Donetsk, Luqansk və Simferopola dəmir yolu biletlərinin satışına başlayıb.
Ukrayna şirkəti bilet satışının simvolik olduğunu vurğulayıb.
Əldə olunan gəlirin vaqonların alınmasına sərf olunacağını bildirib.
Həmçinin, dəmiryolçular söz veriblər ki, hərəkət bərpa olunan kimi qatarların yola düşmə tarixi və yeri ilə bağlı bilet sahiblərinə mesaj göndəriləcək.
Mənbə: rossaprimavera.ru