Özünü yandırandan 4 gün sonra öldü

Özünü yandırandan 4 gün sonra öldü

Dörd gün əvvəl Tovuzda özünü yandıran şəxs xəstəxanada vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Düz Qırıqlı kəndində yaşadığı evin həyətində üzərinə benzin tökərək özünü yandıran 1985-ci il təvəllüdlü Mayıl Aydın oğlu Həmidov vəfat edib.

Bildirilir ki, 3 uşaq atası olan M.Həmidov kənddə fərdi təsərrüfatla məşğul olub.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Nizam Rza


Share: