“Google” istifadəçiləri izlədiyinə görə təzminat ödəyəcək

“Google” istifadəçiləri izlədiyinə görə təzminat ödəyəcək

“Google” şirkəti ABŞ-ın 40 ştatının şirkətin xidmətlərindən istifadə edənlərin geolokasiya məlumatlarından qeyri-qanuni istifadəsi ilə bağlı iddiasını təmin etmək üçün təxminən 392 milyon dollar ödəməyə razılaşıb.

Konnektikut ştatının baş prokuroru Uilyam Tonqun sözlərinə görə, 391,5 milyon dollarlıq iddianın təminii texnologiyadan asılılığın artdığı bir dövrdə müştərilər üçün tarixi qələbədir.

Onun sözlərinə görə, “Google” istifadəçilərin yeri haqqında məlumatları toplayır.

Qeyd edək ki, şirkəti məhkəməyə verən ştatlar onu istifadəçilərin geolokasiyasını qanunsuz izləməkdə ittiham ediblər. İddiaçılar bu hərəkətləri müştəri məxfiliyinin pozulması hesab ediblər.

Mənbə: gazeta.ru

Share: