ABŞ-ın keçmiş dövlət başcısı Donald Tramp üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sabiq prezident jurnalistlərə açıqlamasında namizədlik üçün sənədlərini təqdim etdiyini bildirib.
Tramp çıxışında ABŞ Prezidenti Cozef Baydenin daxili və xarici siyasətini tənqid edib.
Bayden dövründə ABŞ-ın beynəlxalq arenada çətin vəziyyətdə qaldığını iddia edən Tramp, “Amerikanın geri dönüşü indi başlayır” deyib.