İranda daha bir terror aktı törədilib: Ölənlər var

Çərşənbə günü İranın İsfahan əyalətində naməlum silahlı motosikletçilərin açdığı atəş nəticəsində azı iki nəfər ölüb, eyni sayda insan yaralanıb.

Məlumata görə, həlak olanların hər ikisi hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə terror aktı kimi qiymətləndirilib.

Qeyd edək ki, bundan əvvəl Xuzistan əyalətinin İza şəhərindəki bazarlardan birində atışma olub. Nəticədə 5 nəfər ölüb, eyni sayda insansa yaralanıb.

Share: