İranda daha bir terror hadisəsi baş verib.
“Qafqazinfo” “Fars” agentliyinə istinadən xəbər verir ki, növbəti belə bir hadisə İsfahan şəhərində qeydə alınb.
Belə ki, naməlum silahlı motosikletçilərin açdığı atəş nəticəsində azı iki nəfər ölüb, eyni sayda insan yaralanıb.
Agentlik hadisəni terror aktı adlandırıb.
Qeyd edək ki, bundan əvvəl Xuzistan əyalətinin İza şəhərindəki bazarlardan birində də atışma olub, nəticədə 5 nəfər ölüb, eyni sayda yaralanıb.