Milli komandaya viza verilmədi, futbol matçı ləğv olundu

Futbol üzrə Kosta-Rika və İraq milli komandaları arasında keçirilməli olan yoldaşlıq oyunu ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb Kosta-Rika yığmasının İraq sərhədində viza problemi ilə üzləşməsi səbəb olub.

Məlumata görə, İraq tərəfi Kosta-Rika millisinin üzvlərinin pasportlarına viza möhürü vurulması ilə bağlı ilkin razılaşmadan imtina ediblər. Bu isə mərkəzi amerikalıların digər ölkələrə girişində problemlər yaradacaqdı.

Bu komandaların görüşü ötən gün Bəsrədə (İraq) keçirilməli idi.

Qeyd edək ki, Kosta-Rika Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının iştirakçısıdır. Sözügedən yığma İspaniya, Almaniya və Yaponiya ilə E qrupunda mübarizə aparacaq.


Share: