““Lotu Quli”ni öldürən mən deyiləm” — Xəqan Zeynalovun ilkin ifadəsi

““Lotu Quli”ni öldürən mən deyiləm” — Xəqan Zeynalovun ilkin ifadəsi

2020-ci ilin avqustunda Türkiyənin Antalya şəhərində qətlə yetirilən azərbayanlı “Qanuni oğru”, kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovu öldürməkdə şübhəli bilinən Xəqan Zeynalovun (Xan Əhmədlinski)  məhkəmə prosesi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Manavqat Ağır Cəza Məhkəməsində keçirilən prosesdə Xəqan Zeynalov ifadə verib.

O, ifadəsində Nadir Səlifovu öldürmədiyini bildirib:

“Nadir Səlifov mənim yaxın dostum olub. Özü məni Türkiyəyə dəvət etdi. Hoteldə qonaq idim. Nadir Səlifov məndən Moskvada olan bir iş adamını qaçırmağımı istəyirdi, qəbul etmədim. Ona görə də mübahisə etdik. Məni yumruqladı. Həmin zalda hamısı silahlı 8 nəfər var idi. Mübahisə edəndə mənə atəş açdılar, mən də özümü qorumaq üçün silahımı çıxarıb sola atəş açdım, Nadir sağda idi. Nadir Səlifovu öldürmək üçün 4 milyon dollar aldığım iddiası böhtandır. Nadir mənim yaxın dostumdur. Nadiri güllələyən mən deyiləm”. 

Qeyd edək ki, Nadir Səlifovun qətli ilə bağlı Türkiyə polisi əməliyyatlar keçirib. Əməliyyatlar nəticəsində Əli Mövlamlı, Rəsul Həsənov, Ümid Nəcəfov, Cemil Keleş, Erkan Aşan və vəkil N. A. saxlanılıb. Vəkil N.A. məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb, digər şübhəlilər həbs edilib. Camal Həsənov, Cəfər Əlizadə, Xanımnisə Məmmədova və Namiq Canıyev barəsində isə qiyabi həbs qətimkan tədbiri seçilib. İlk məhkəmədə sadəcə, Cemil Keleş sərbəst buraxılıb.


Share: