Tviterin yeni sahibi İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabının yenidən açılacağını bildirib.
“Qafqazinfo” xəbər verir ki, Mask 18 noyabrda tviterdə “Trampın hesabı qaytarılmalıdırmı?” sualı ilə sorğuya başlayıb.
Sorğunun nəticələrini açıqlayan Mask, istifadəçilərin 52 faizinin “bəli”yə səs verdiyini qeyd edib.