Dünyaca məşhur meksikalı rəssam Frida Kahlonun bəyənmədiyi və zibilliyə atdığı avtoportreti hərracda 8,63 milyon dollara satılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu rəssamın 1933-cü ildə çəkdiyi və “Avtoportret. Çox eybəcər” adlandırdığı əsərdir.
Əsər cümə axşamı Nyu Yorkdakı “Christie’s” hərrac evində keçirilən hərracda adı açıqlanmayan şəxs tərəfindən satışa çıxarılıb.
Fridanın fresk texnikasından istifadə edərək 22,2 x 27,3 santimetr ölçüdə çəkdiyi avtoportretinin satışından əvvəl 7 ilə 10 milyon dollar arasında təxmini qiyməti müəyyən edilib və əsər 8,63 milyon dollara satılıb.
Qeyd edək ki, Fridanın zibil qutusuna atdığı əsərini dostunun taparaq gizlicə alıb hərracda satdığı bildirilir.