Rusiyanın paytaxtı Moskvanın mərkəzində Komsomolskaya meydanında gül anbarında baş verən yanğın nəticəsində beş nəfər ölüb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
“Saat 23:13-də dağıntıların təhlili zamanı beşinci qurbanın cəsədi tapılıb”, – agentlikdən bildirilib.
Eyni zamanda, daha bir nəfərin taleyinin məlum olmadığını qeyd olunub.
Qeyd edək ki, Komsomolskaya meydanındakı gül anbarında yanğın yerli vaxtla 15:00 radələrində başlayıb. Xilasedicilər binadan 7 nəfəri təxliyə ediblər. Yanğın nəticəsində birinci və ikinci mərtəbələr arasında tavanlar qismən uçub.
Hazırda yanğın lokallaşdırılaraq söndürülüb.