Mən hələ də qorxuram; Səndən və yüksəklikdən … – Mehriban İbrahimbəyli

Mən hələ də qorxuram; Səndən və yüksəklikdən … – Mehriban İbrahimbəyli

Müstəqil.az Sabunçu rayonu 192 saylı orta məktəbin 8-ci sinif şagirdi Mehriban İbrahimbəylinin şeirlərini təqdim edir:
 

Mələk və Şeytan

Anamın bətninə mələk,
Dunyaya insan kimi doğuldum mən…
Hər gün carpışdım
Bu ikisinin arasında…
Xeyir və Şəri dərk etdiyim kimi.
Yalnız
Xeyirxahlıqda
Sadiqlikdə (vəfa, etibar)
Kamillikdə
Mələk ola bilməyə çalışdım.
Yenə də insana çata bilmədim…
Mən insan məziyyətlərində
Sənin varlığına daha çox inandım, Şeytan!

 

Anam üçün

Mənə görə əlifbanın ilk hərfi
adının baş hərfi ilə başlayır…
Gecə səninlə bitər,
Gündüz səninlə əriyər…
Səhər də sevGinlə başlayar…
O qədər Gülər üzlüsən ki…
Sevməyə özün boyda səbəbsən,
Sən bir nəfəssən, Kainat Qadın!

 

Nərdivan

Yüksəkliyə doğru gedən yol
Gələndə ağlıma,
Gözümün önünə sən gəlirsən
Üç yaşımda yıxıldığım Nərdivan!
Mən hələ də qorxuram;
Səndən və yüksəklikdən …

Oktyabr, 2022

***

Dolu

Yayın cırhacırında yağan DOLU
Insan laqeydliyindən
Su içməyən ağacların, çəmənlərin
fəryadı idi…

Oktyabr, 2022

Mehriban İbrahimbəyli

Share: