Abşeronda ölümlə nəticələnən qəza oldu

Abşeronda ölümlə nəticələnən qəza oldu

Abşeron rayonu Novxanı-Binəqədi yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu haqda “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu gün saat 20 radələrində 1961-ci il təvəllüdlü Cəfər Məmmədov idarə etdiyi “Sentra” markalı avtobusla 1996-cı il təvəllüdlü Seyran Qəyyumovu vurub. Zərbənin təsirindən piyada əks istiqamətdə hərəkət edən avtomobil yoluna düşərək hadisə yerində ölüb.

Sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


Share: