“Küləklə getdi” filminin aktyoru Mikki Kun 90 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat verib.
Aktyorun həyat yoldaşının sözlərinə görə, son vaxtlar onun səhhətində heç bir problem olmayıb.
Sənətçi “A Streetcar Named Desire” filmində də dənizçi obrazını canlandırıb. Koon “Küləklə keçdi” filmində rol alanda 6 yaşında olub.
Qeyd edək ki, o, “Küləklə getdi” filmin həyatda olan son aktyoru idi.